Alimlər koronavirusu 48 saata məhv edən dərman hazırladı

  • 08.04.2020
  • 0

Avstraliyanın Melburn şəhərindəki Monash Universitetinin mütəxəssisləri laborator şəraitdə koronavirusun hüceyrələrdə böyüməsinin qarşısını alan dərman hazırlayıblar. Səyyar Tv xəbər verir ki, universitetinin mütəxəssisləri parazit öldürücü İvermectin tabletinin laborator şəraitdə COVİD-19 virusunu 48 saatda məhv etdiyini açıqlayıblar. Bu barədə məlumat verən Universitetin alimi Kiyle Vagstaf (Kylie Wagstaff) deyib ki, apardığımız təcrübə zamanı bir doza İvermectin 24 saat içində COVİD-19 virusuna aid RNA viruslarının həcmini azaldır və 48 saatda isə tamamən yox edir. Hələ də dünyada koronavirusu yüz faiz sağaldacaq dərmanın tapılmadığını qeyd edən avstraliyalı alim əlavə edib ki, bu dərman dünyanın bir sıra ölkələrində var. "İndiki şəraitdə müvəqqəti də olsa yardımçı olacaq. Lakin müalicə zamanı COVİD-19-a qarşı peyvənd olunması lazımdır" - alim bildirib. İvermectin daha çox itləri parazitlərdən və digər parazitlərə qarşı müalicədə istifadə olunan dərman vasitəsidir. Bu dərman həmçinin HİV virusu, qrip və digər infeksion xəstəliklərin müalicəsi zamanı da istifadə olunur. ___________________________________________________________________________

► İnstagram : https://www.instagram.com/Seyyar_Tv

► Heç bir xəbərdarlıq etmədən kanalı şikayət edən insan, ailəsini və bütün var yoxunu söydürmüş olur

► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək.

► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp)

Nə düşünürsən?