Karantin rejimi ilə əlaqədar boşalan yollarda sürücülər yüksək sürətlə avtomobil idarə etdikləri üçün tez-tez qəza hadisələri baş verir.
YPX.AZ xəbər verir ki, Rusiyanın Krasnodar şəhərində karantin rejimi səbəbindən yollar boşalıb. Buna görə də sürücülər sürətlə avtomobil idarə edirlər ve tez-tez qəzalar baş verir.
Şəhərin Krasnodar kəsişməsi adlanan yol kəsişməsində isə gün ərzində eyni formada bir neçə qəza hadisisəsi baş verib.
Belə ki, yol ilə sürətlə hərəkət edən avtomobillər döngəyə daxil olmaqda çətinlik çəkir və idarəetməni itirərək qarşda olan dairənin səkisinə çırpılaraq qəzaya düşürlər.
Təhlükəsiz Şəhər kameraları tərəfindən qeydə alınan qəza hadisələrinin əks olunduğu görüntüləri sizlərə təqdim edirik: