Polisin saxla əmrinə tabe olmayan sürücü əks yola girdi

  • 08.04.2020
  • 0

İstismar qaydaları pozulmuş avtomobili idarə edən sürücü polisin saxla əmrinə tabe olmayaraq əks yol ilə hərəkət etməyə başladı.

YPX.AZ xəbər verir ki, Neftçilər prospekti ilə hərəkət edən, arxa yayları kəsilmiş və ya başqa bir formada istismar qaydaları pozulmuş  99 TB 248 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü Yol Patrul Xidməti avtomobilinin yanından keçərkən polis inspektoru sayrışan işiqlarını qoşaraq ona saxla əmri verib. Lakin “VAZ” sürücüsü əmrə tabe olmayaraq yoluna davam edib və qarşıdakı yol ayrıcından sola, Azadlıq prospektinə dönmə əməliyyatı edərək əks yola daxil olub.

Əldə etdiyimiz video materialda hadisənin necə bitdiyi aydın olmasa da “VAZ” markalı avtomobil sürücüsünün kobud qayda pozuntuları öz əksini tapıb.

Qeyd edək ki, hadisə həmin yolda hərəkətdə olan hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb.

Həmin görüntüləri sizlərə təqdim edirik:

 

Nə düşünürsən?