Xüsusi karantin rejiminin tətbiqinə nəzarət məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən yollarda xüsusi postlar yaradılıb.
YPX.AZ xəbər verir ki, yoxlamalar zamanı yollarda tıxaclar yaranır.
Məsələ ilə bağlı “İctimai TV”-yə açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, paytaxt üzrə 50-yə yaxın məntəqədə postlar yaradıldığı məlumatını verib və təcili tibbi yardım avtomobillərinə şərait yaradılmamasına da münasibət bildirib:
“Yoxlama-buraxılma məntəqələrində bütün faktlar tərəfimizdən nəzarətdən keçirilir. Əgər həqiqətən də, təcili tibbi yardım avtomobillərinin bu postlardan hərəkəti müşahidə edilirsə, dərhal həmin avtomobillərin hərəkətinə şərait yaradılması üçün polislər tərəfindən göstərişlər verilir.”
Bundan əlavə olaraq isə DİN-nin əməkdaşı, paytaxt qeydiyyatında olan şəxslərin, Bakıya gələ bilməsi ilə bağlı suallara aydınlıq gətirib.
Daha ətraflı video sujeti sizlərə təqdim edirik: