Pandemiyadan zərərçəkən sahələrlə bağlı paketlər reallaşdırılır

  • 07.04.2020
  • 0

Koronavirus pandemiyasından zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlarla bağlı məsələ dövlətin diqqətindədir.Hazırda bu istiqamətdə bir neçə paket icramərhələsindədir. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun sözlərinəgörə,muzdlu işçilərin əmək haqqının müəyyən hissəsininödənilməsiprosesinə bu həftəbaşlanacaq.

Koronavirusla mübarizə tədbirləri çərçivəsində iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində 2 paket reallaşdırılır. Bunlardan biri pandemiyadan zərərçəkən sahələrdə iş yerinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqavilələri əsasında çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi mexanizmidir. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun sözlərinə görə , bu həftə ərzində ödənişlərin keçirilməsinə başlanacaq.

İkincipaket pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərənfərdi və mikrosahibkarlara maliyyə dəstəyinin göstərilməsidir.Bu tədbir pandemiyanın zərər vurduğu sahələrdə sahibkarlıq fəaliyyəti göstərənəlavə 300 min fərdi sahibkara80 milyon manat həcmindədövlət dəstəyinin göstərilməsini nəzərdə tutur.Nazir müavinibildirir ki, bu maliyyə yardımı 2019-cu ildə vergi , sığorta , işsizlikdən sığorta haqqlarınıödəmiş vergi ödəyicilərinə şamil ediləcək.

Bundan əlavə,Sahib Məmmədov diqqətə çatdırıb ki, pandemiyanın mənfi təsirlərinin azaldılması üçün bir sıra istiqamətlərdə vergi güzəştləri və tətilləri veriləcək.

Bundan başqa,əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalı habelə , ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatın qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalı zamanı əlavə dəyər vergisindən azad edilmələr tətbiq ediləcək.Bu və digər tədbirlərlə bağlı Vergiməcəlləsinə və sosial sığorta üzrə qanunvericiliyə dəyişikliklər paketi hazırlanıb ki, bu da qısa vaxt ərzində təqdim olunacaq.