Sərxoş halda xidmət aparan polis serjantı işdən qovuldu

  • 07.04.2020
  • 0

Daxili İşlər Nazirliyi Qusarda içkili vəziyyətdə xidmət aparan polislə bağlı məsələyə münasibət bildirib.

YPX.AZ xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov açıqlamasında bildirib ki, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin polis nəfəri, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb:

“O, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub”.

Qeyd edək ki, Qusar rayonunda vətəndaşlar arasında yoxlama aparan polis serjantı Namiq Eyyubov  xüsusi karantin rejiminin tələbləri çərçivəsində vətəndaşları yoxlayan zaman onun sərxoş olduğu bəlli olub. Polis serjantı çəkiliş aparan kənd sakinlərinə özünü bir neçə dəfə təqdim edib və bu zaman o danışmaqda çətinlik çəkib. 

İstinad edildi: Oxu.Az

Həmin görüntüləri sizlərə təqdim edirik:
 
 

Nə düşünürsən?