Bakıda baş vermiş qəzanı izləyən sürücü qəzaya səbəb oldu

  • 06.04.2020
  • 0

Yolda baş vermiş qəzanı izləyən “Ford” markalı avtomobilin sürücüsü ikinci qəzaya səbəb oldu.
YPX.AZ xəbər verir ki, Vaqif prospekti ilə hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü ikinci dərəcəli yoldan prospektə çıxan 10 KP 303 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil ilə toqquşub. Daha sonra prospekt ilə hərəkətdə olan 90 TP 311 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobil prospektin sol kənar hərəkət zolağında dayananaraq digər qəzanı izləyən sürücünün 90 RH 153 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilnə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, “Opel” və “Tofaş” markalı avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə YPX inspektorları cəlb edilib, ziyan dəyən avtomobillər hadisə yerindən evakuasiya edilib.
Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?