Məşğulluq Xidmətinin önündə ödəniş üçün izdiham

  • 06.04.2020
  • 0

Bu gün Sumqayıt Şəhər Məşğulluq Xidmətinin önündə izdiham yaşanıb. Medyadan, əhaliyə dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə 190 manat birdəfəlik ödənişin həyata keçiriləcəyi barədə məlumat əldə edən vətandaşlar, Məşğulluq Xidmətinin önünə toplaşıblar. Məqsəd nəzərdə tutulan ödənişi almaq və ya bununla bağlı məlumat əldə etmək olub. 
YPX.AZ-ın əldə etdiyi məlumata görə, medyada yayılan rəsmi məlumatların təfərruatları ilə tanış olmadan Məşğulluq Xidmətinin önünə toplaşan vətəndaşlardan bəziləri onlara ödəniş edilməyəcəyini örgəndikdən sonra bu, onların etirazına səbəb olub.
Belə ki, dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə ödənişin həyata keçirilməsi nəzərdə tutulub. Yəni nəzərdə tutulan 190 manat ödəniş vətəndaşlar məşğulluq orqanlarında öncədən işsiz kimi qeydiyyata düşənlərə verilir. 
Qeyd edək ki, bu barədə KİV-ə açıqlama zamanı, Baş Nazir tərəfindən təsdiqlənən tədbirlər planını şərh edən millət vəkili Vüqar Bayramov demişdi.
V. Bayramov bildirmişdi ki, təsdiq edilən tədbirlər planında işləməyən vətəndaşlarımızla bağlı istiqamət müəyyənləşdirilib:

“Dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödənişin həyata keçirilməsi nəzərdə tutulub. Burada söhbət 200 min vətəndaşdan gedir.

Bu istiqamətə dövlət tərəfindən 70 milyon manat vəsait ayrılacaq. Bu 2 ay müddətində həmin vətəndaşlarımıza 190 manat vəsaitin ödənilməsini təmin edəcək.”

Nə düşünürsən?