“BMW” bu tarixədək avtomobil istehsal etməyəcək

  • 06.04.2020
  • 0

Alman lüks avtomobil istehsalçısı “BMW”, Avropa və Şimali Amerikadakı fabriklərində nəqliyyat vasitələrinin istehsalının müvəqqəti dayandırılmasını 30 aprelə qədər uzadıb. Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, “BMW”dən edilən açıqlamada, şirkətin Avropa və Şimali Amerika zavodlarında nəqliyyat vasitələrinin istehsalının dayandırılmasının yeni koronavirus (COVID-19) səbəbiylə aprelin 30-a qədər 2 həftə uzadıldığı bildirilib. Digər tərəfdən, BMW Group, ilin ilk rübündə satışlarının 2019-cu ilin eyni rübü ilə müqayisədə 20,6 faiz azalaraq 477111 ədədə çatdığını bildirib. İlk rübdə BMW satışları Çində 30,9 faiz, Avropada 18,3 faiz və ABŞ-da 17.4 faiz azaldığını qeyd edib. “BMW”, həmçinin, Avropadakı pərakəndə satış mağazalarının təxminən 80 faizi və ABŞ mağazalarının 70 faizi COVID-19 pandemiyası səbəbiylə müvəqqəti bağlandığını açıqlayıb.

Nə düşünürsən?