SMS icazə sistemi ilə bağlı ətraflı təlimat

  • 04.04.2020
  • 0

Sabahdan istifadəsinə başlanacaq SMS icazə sistemi ilə bağlı vətəndaşlarda müxtəlif suallar yaranır. 
ASAN Xidmət bu məqsədlə vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlayıb. 
Qeyd edək ki, evdən çıxmaq istədiklərinə dair icazə əldə etmək üçün vətəndaşlar öz adlarına olan mobil nömrədən icazənin məqsədini bildirən xüsusi kodu və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini SMS-lə 8103 qısa nömrəsinə göndərməlidirlər.
Həmin videotəlimatı təqdim edirik.

Nə düşünürsən?