Xaçmazda ağır qəza: Ölü və yaralı var

  • 04.04.2020
  • 0

Xaçmaz minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ölüb, bir nəfər sərnişin xəsarət alıb. Qubada isə minik avtomobili piyadanı vuraraq öldürüb.

Minik avtomobilinin aşması ölümlə nəticələnib…

Ağır qəza Xaçmazda baş verib. Rayon sakini, 34 yaşlı Ramin Əliyev idarə etdiyi minik avtomobili ilə Niyazabad kəndi istiqamətində hərəkətdə olarkən sükana nəzarəti itirib və maşın yoldan çıxaraq aşıb.

Sürücü hadisə yerində dünyaşını dəyişib. Avtomobildə olan sərnişin Kamran Abbasov isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Qubada isə minik avtomobili piyadanı vuraraq öldürüb. Hadisə Bakı-Quba yolunun Paşaoba kəndindən keçən hissəsində baş verib. Rayonun İsnovqışlaq kənd sakini, 28 yaşlı Müzafəddin Bayramov idarə etdiyi minik avtomobili ilə yolu keçən Paşaoba kənd sakinini, 68 yaşlı Feyzulla Qənbərovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?