Ukraynada təhsil alan tələbələr həmvətənlərinə kömək üçün çalışır

  • 04.04.2020
  • 0

Ukraynada təhsil alan tələbələr həmvətənlərinə kömək üçün çalışır
Ukrayna Azərbaycanlıları Radasının Kiyev ofisinin nəzdində Ukraynadan təxliyə olunmalarını gözləyən Azərbaycan vətəndaşlarına yardım etmək üçün yaradılmış Operativ Qərargah bu günlərdə öz işini davam etdirir. Qərargahın artıq öz könüllüləri də var. Onlardan biri də Ukraynada təhsli alan tələbə Allahşükür Məmmədovdur.

Allahşükür özü də Operativ Qərargaha yardım üçün müraciət edənlərdən biridir. Lakin burdakı gərgin vəziyyəti görüb könüllü olaraq özü qərargaha yardım etmək qərarına gəlib.

Qərargahda çalışmağa başlayan gündən müraciət edən insanlarla ilk ünsiyyət quran Allahşükür olub. Tələbənin sözlərinə görə, bu günlərdə təşəkkür də eşidib, tənqid də.

Qərargahdaki könüllülərin sayı isə artmaqdadır. Təxliyə gözləyən tələbələrin əksəriyyəti öz yardımlarını təklif edir.

Dost çətin gündə tanınar, çətin gündə yaranan dostluq isə möhkəm olar. Allahşükür də bu sınaq günlərində özünə çoxlu dost tapdığını bildirir.

Çətin günün ömrü az olar deyib atalar. Çətin günlərdə isə birlik gərəkdir, çünki "Biz birlikdə güclüyük".

Nə düşünürsən?