“Google”dən koronavirusla mübarizəyə dəstək

  • 04.04.2020
  • 0

Koronavirusla  mübarizə çərçivəsində insanların olduğu ərazi ilə bağlı məlumatları açıqlayacağını bildirən “Google” bu gün hər kəsin hara getdiyini göstərən ilk hesabatını açıqlayıb. 

Cebhe.info xəbər verir ki, məlumatı “Google” şirkəti özü yayıb. Məlumata görə, insan hərəkətlərini izləmək və dövlət orqanlarına məlumat vermək üçün yayımlanan hesabatlarda insanların marketlərə, apteklərə, parklar və ya iş yerlərinə gedib-getməməsi, eyni zamanda bu yerlərin nə qədər izdihamlı olduğu kimi məlumatlar da qeyd ediləcək. 

Şirkət, 131 ölkə və bölgədəki insanların hərəkəti haqqında topladığı məlumatları paylaşacaq. Açıqlamada şirkət koronavirus pandemiyası ilə mübarizəyə dəstək vermək məqsədi ilə bu addımı atdığını bildirib. 

Qeyd edək ki, insanların hara getdiyi haqqında ilk hesabat bu gün yayımlanıb.

Nə düşünürsən?