DİN gündəmdə olan bəzi sualları cavablandırdı

  • 04.04.2020
  • 0

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə, o cümlədən sosial şəbəkələrdəki səhifələrinə xüsusi karantin rejimi qaydalarını pozmadan necə hərəkət etmələri barədə vətəndaşlar tərəfindən müxtəlif suallar ünvanlanır.

YPX.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti ünvanlanan bu sualları cavablandırıb.

Kütləvi informasiya vasitələrinin, fasiləsiz fəaliyyət göstərən obyektlərin və müəssisələrin əməkdaşları, habelə müvafiq məlumatları “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslər ərzaq və digər gündəlik tələbat mallarını, dərman vasitələrini almaq üçün 8103 nömrəsinə SMS ilə müraciət etməlidirlərmi?
Tətbiq olunan xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında şəxsi minik nəqliyyat vasitələrinin hərəkətinə icazə verilirmi?
Xüsusi karantin rejimi dövründə müvafiq icazə əsasında hərəkət edən şəxs ona məxsus olan və ya etibarnamə ilə idarə etdiyi nəqliyyat vasitəsi üçün əlavə icazə almalıdırmı?
Xüsusi karantin rejimi dövründə icazə əsasında küçəyə çıxan şəxslərin əlcək geyinməsi və maska taxması vacibdirmi?
Bu sualların cavablarının əks olunduğu videonu sizlərə təqdim edirik:

Nə düşünürsən?