Zaqatala maska istehsalına başlandı

  • 03.04.2020
  • 0

Zaqatalada qoruyucu maska istehsalına başlanılıb. 

APA TV-nin  məlumatına görə, ölkədə yayılan koronavirusun qarşısını almaq məqsədilə istifadə edilən qoruyucu maska çatışmazlığını nəzərə alaraq Zaqatala rayon rəhbərliyinin göstərişi ilə bu gündən etibarən  rayonun Aşağı Tala kəndində fəaliyyət göstərən Peşə məktəbində maskaların tikilməsinə başlanılıb. Maskaların tikilməsi üçün lazım olan xammal Rayon İcra Hakimiyyəti tərəfindən təmin edilib.

Gün ərzində 1000-1500 maskanın tikilərək, mobil qruplar tərəfindən rayonda yaşayan aztəminatlı ailələrə, eləcə də maska ala bilmədikləri üçün küçədə maskasız gəzən sakinlərə paylanılacaq.  

Nə düşünürsən?