Alimlər koronavirusa qarşı peyvəndi tapdılar

  • 03.04.2020
  • 0

ABŞ-ın Pitsburq Universitetinin Tibb fakültəsinin apardığı araşdırmalar nəticəsində, koronavirusla mübarizədə effektiv olacaq peyvəndin hazırlandığı bildirilib. Səyyar Tv xəbər verir ki, alimlərin çərşənbə günü yayımlanan "EBioMedicine" adlı jurnaldakı məqaləsində, qısa bir vaxtda satışa hazır olacaq peyvəndin virusun yayılma sürətini ciddi şəkildə aşağı salacağı vurğulanıb. Həmçinin qeyd olunub ki, hazırlanan peyvənd ilk olaraq siçanlar üzərində test edilib və koronavirusla mübarizədə effektiv olacaq. Peyvəndi hazırlayan alimlərdən biri Andrea Qambottonun bundan əvvəl də SARS, MERS kimi xəstəliklərlə mübarizədə xüsusi nəaliyyətlər əldə etdiyi bildirilib. Məqalədə peyvəndin tanınması üçün Amerika Qida və Dərman idarəsinə müraciət olunuğu, müəyyən icazələrin alınacağı təqdirdə insanlar üzərində də sınaqdan keçiriləcəyi qeyd olunub.

___________________________________________________________________________

► İnstagram : https://www.instagram.com/Seyyar_Tv

► Heç bir xəbərdarlıq etmədən kanalı şikayət edən insan, ailəsini və bütün var yoxunu söydürmüş olur

► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək.

► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp)

Nə düşünürsən?