Dibalanın xanımından koronavirusla bağlı şok açıqlama

  • 03.04.2020
  • 149 baxış
  • 0

"Yuventus"un argentinalı ulduzu Paulo Dibalanın xanımı Oriana Sabatini şəxsi "instagram" hesabından şok video paylaşıb.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı Sabatini onlara koronavirusa görə səhv diaqnoz qoyulduğunu bildirib. Məlum olduğu kimi bir müddət əvvəl Dibala və xanımının koronavirus testi müsbət çıxmış və onlar karantinə alınmışdı. Ancaq Sabatininin sözlərinə görə, bundan əvvəl onlara testlərinin mənfi olduğu bildirilib. Bir neçə gün sonra. yəni 21 martda cütlük özündə narahatlıq hiss edib və yenidən həkimə müraciət edib. Bu dəfə isə onların test nəticələri müsbət çıxıb. Buna əsəbiləşən Oriana Sabatini İtaliya səhiyyəsini tənqid edib və hal-hazırda onda koronavirusun olduğunu bildirib:

"3 gün əvvəl testdən keçdik və bizə nəticənin neqativ olduğunu dedilər. 21 martda yenidən xəstəxanaya getdik, bu dəfə isə doğru olan nəticə - müsbət oldu. Buna görə, hələ də koronavirusum var".

Nə düşünürsən?