Bu gənclər kimdən görüb həvəslənirlər? “Avtoş”lardan?

  • 03.04.2020
  • 0

Gənclərin şəhər küçələrində qanundan kənar formada avtomobil idarə etmələri hallarına tez-tez rast gəlmək olur. Onlar sükan arxasına oturarkən, təhlükəsizlik kəmərindən istifadə etmir, iki nəqliyyat vasitəsi arasında olan az məsafədən keçir, təhlükəli manevrlər edirlər. Bu düşüncə tərzi anlaşılan olmasada, onlar belə halları alqışlayıb, “sən əla sürücüsən” deyən gənclərin sözləri ilə həvəslənirlər. Ancaq bu aşkar qayda pozuntusu və təhlükəlidir. Yaşları azdır və çox güman onlara bu əməllərinin yolverilməz olduğunu izah edən yoxdur. 

Təbii ki, bu gənclər bu əməlləri ətraflarının onlara “afərin” deməsi ilə yanaşı sosial şəbəkələrdə paylaşılan avtoxuliqanlıq videolarından da həvəslənərək edirlər. 

YPX.AZ-ın əldə etdiyi görüntülərdə isə belə gənclərin təhlükəli özbaşınalıqları əks olunub.  

Belə ki, təqdim edəcəyimiz görüntülərin birincisində gənc sürücü yolda gedən “GAZ” markalı avtomobilin yanından çox yaxın keçməklə nəqliyyat vasitəsinin güzgüsünü digərinin güzgüsünə vurur. 

Digər görüntüdə isə sürücü gəncin, ara yolda sürət artırması və yol kənarında şütüyən piyadanı vurmaqdan son anda yayınması əks olunub. 

Sürücü piyadanı vurmaqdan yayındıqdan sonra avtomobildə olan sərnişinlər təəccüblənməsinin sürücüyə xoş gəlməsi, danışıqlarından aydın olur.

Gənclərin bu əməlləri ətraf tərəfindən alqışlandığı müddət bu dəyişməyəcək və onlar bu həvəsdən uzaq durmayacaqlar. Hüquq mühafizə orqanlarından başqa, ətrafları və yaxınları da onlara bu əməlin doğru olmadığını izah etməli, başa salmalıdırlar. 

Ümid edirik ki, tez zamanda bu kimi hallar yollarımızda yad bir görüntüyə dönər və bununlada hərəkət iştirakçılarının təhlükəsizliyi maksimum təmin edilmiş olar.

 

Nə düşünürsən?