DYP karantinə görə cərimələrə başladı

  • 02.04.2020
  • 0

Bu gün paytaxt Bakının bir sıra ünvanlarında sürücülər Dövlət Yol Polisi tərəfindən 100 AZN məbləğində cərimə edilib.

Bu barədə cərimə edilən sürücülər saytımıza məlumat verib. Belə ki, protokollarda vətəndaşların Azərbaycanda koronavirus pandemiyasına görə, elan edilən xüsusi karantin rejimini pozduğuna görə cərimələndiyi bildirilib.

Cərimələnən sürücülərdən biri - Əzimov Ruslan Şakir oğlu bildirib ki, onun barəsində epidemiya əleyhinə rejimi, sanitar-gigiyena qaydaları və karantin rejimini pozduğuna görə tədbir görüblər.

Bundan əlavə Rəşad İbrahimov adlı sürücü də eyni qaydada - 100 AZN məbləğində cərimə edilib.