Gizli şəkildə bərbərxana işlədən şəxs tutulub

  • 02.04.2020
  • 0

Bakıda gizli şəkildə bərbərxana işlədən şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, həmin şəxsi Binəqədi rayon 6-cı polis bölməsinin əməkdaşları xüsusi karantin rejimi ilə bağlı Biləcəri qəsəbəsində apardıqları yoxlama zamanı aşkar ediblər. Bölmənin əməliyyatçıları Nəsimi küçəsi 4 ünvanında bir nəfərin bərbərxanada işlədiyini görüblər.

Saxlanılan Cəlilabad rayon sakini 28 yaşlı Kamran Həsənov deyir ki, Nazirlər Kobineti yanında Operativ Qərargahın xüsusi karantin rejim qaydalarından xəbəri olub. Amma o, məsələnin ciddiliyini nəzərə almayaraq bərbərxananı açaraq müştərilərə xidmət göstərib.

Polis bölməsində Kamran Həsənov barəsində toplanan material baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib.

Xatırladaq ki, Kamran Həsənov inzibati qaydada həbs və yaxud da 100-200 manat məbləğində cərimə oluna bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?