Nərimanovda iki avtomobilin iştirakı ilə qəza

  • 02.04.2020
  • 0

Nərimanov rayonunda iki minik avtomobilinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

YPX.AZ xəbər verir ki, Təbriz küçəsində hərəkətdə olan 99 TZ 618 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil sürətlə hərəkət etdiyi üçün qarşıda, Nərimanov parkının qarşısında olan geriyə dönmə yerindən, soldan ikinci zolaqdan dönmə əməliyyatı edən 99 PH 185 dövlət qeydiyyat nişanlı digər “Hyundai” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, nəqliyyat vasitələrinə yüngül ziyan dəyib.

Qəza yerinə YPX inspektorları cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.

 

Nə düşünürsən?