Biləsuvarda 4 otaqlı ev yandı

  • 02.04.2020
  • 0


Biləsuvar rayonunun Çaylı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət ev yanıb.

Evin sahibi Yaşar Quliyev BakuPost-a açıqlamasında yanğının hansı səbəbdən baş verdiyinin məlum olmadığını deyib:

"Həmin vaxt işıq da yanmırdı ki, deyək elektrik qapanmasından baş verib. Evin quru divarları qalıb. Bütün əşyalarımız, sənədlərimiz yanıb kül olub".

Nə düşünürsən?