Koronovirusdan ölənlərin meyitləri küçələrə atıldı

  • 02.04.2020
  • 0

Azerforum.com ''Ölkə.Az''a istinadla xəbər verir ki, dünyada koronavirusa yoluxanların sayı bir gündə 70 minə çatıb. Son sutka ərzində 4 mindən çox ölüm hadisəsi qeydə alınıb. Cənubi Amerikada Ekvadorun ən sıx əhalinin məskunlaşdığı Quayaquildə yaşayanlar küçələrə atılan cəsədlərin fotolarını sosial mediada yayımlayıblar. Səlahiyyətli şəxslər təkcə virusdan ölənlərin deyil, eyni zamanda digər ölülərin də cəsədlərini yığmqda çətinlik çəkirlər. Ölənlərin yaxınları isə meyitlərin evdən götürülməsi üçün 4-5 gün gözləməli olduqlarını, buna görə də məcburən cəsədləri evdən çıxardıqlarını deyiblər.

Bələdiyyə sədri Cynthia Viteri açıqlamasında bildirib ki, cəsədlər sahiblərinə verilmək üçün xüsusi soyuducuda saxlanılacaq.

Nə düşünürsən?