Ağsu aşırımında maşın dərəyə aşdı, ata öldü - AİLƏ FACİƏSİ

  • 03.01.2018
  • 0

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ölümlə nəticələnən nəqliyyat qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə yolun 155-ci kilometrliyində, Ağsu aşırımından keçən hissəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Bəhruz Məşədi oğlu Cəfərov idarə etdiyi “Renault” markalı minik avtomobili ilə doğulduğu Qazax rayonuna gedərkən ailə üzvləri ilə birgə qəzaya düşüb. Avtomobil hərəkətdə olarkən sürücü Ağsu dolaylarında qatı duman səbəbindən yolun hərəkət zolağını görməyib və idarəetməni itirərək maşını dərəyə aşırıb. Qəzadan sonra sürücü Bəhruz Cəfərov, 1974-cü il təvəllüdlü həyat yoldaşı Sevinc Mustafa qızı Cəfərova və 25 yaşlı qızı Güləndam Cəfərli ağır bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin yardımına baxmayaraq, Bəhruz Cəfərov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?