Şok görüntü! Koronovirusdan ölənlərin meyitləri küçələrə atıldı

  • 02.04.2020
  • 0

Ekvadorda koronavirusdan ölənlərin meyitləri küçəyə atılıb.

Metbuat.az xəbər verir ki, dünyada koronavirusa yoluxanların sayı bir gündə 70 mindən artıq artıb. 24 saatda 4 mindən çox ölüm hadisəsi qeydə alınıb.
Cənubi Amerikada Ekvadorun ən sıx əhalinin məskunlaşdığı Quayaquildə yaşayanlar küçələrə atılan cəsədlərin foto və videolarını sosial mediada paylaşıblar.

Səlahiyyətli şəxslər təkcə koronavirusdan ölənlərin deyil, digər ölülərin də cəsədlərini yığmaqda çətinlik çəkir.

Ölənlərin yaxınları isə meyitlərin evdən götürülməsi üçün 4-5 gün gözləməli olduqlarını, buna görə də cəsədləri evdən çıxarmağa məcbur qaldıqlarını deyiblər.

Yerli “El Universo” nəşrinin yaydığı məlumatda isə hələ də 400-500 cəsədin evlərdə qaldığı bildirilir.
Bələdiyyə sədri Cynthia Viteri açıqlamasında bildirib ki, cəsədlər sahiblərinə verilmək üçün xüsusi soyuducularda saxlanılacaq.

Nə düşünürsən?