10-a yaxın vətəndaşa polis cərimə yazdı

  • 02.04.2020
  • 0

Gəncədə karantin rejimini pozan sakinlər cərimə edilib.


Xəbər verildiyi kimi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir. 


DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan YPX.AZ-a  verilən məlumata görə, gücləndirilmiş iş rejimində xidmət aparan polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində  həm xidməti avtobillərlə şəhər əhalisinə səslənərək həm də fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayyət etməyə dəvət edir.


Gün ərzində aparılan reydlər zamanı 10-a yaxın vətəndaş zərurət olmadan evdən çıxdığına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. 100-dən çox vətəndaşa xüsusi karantin rejiminin tələbləri bildirilərək,  xəbərdarlıq edilib. Xəbərdarlıq edilən sakinlər polis əməkdaşlarının müşaiəti ilə evlərinə yola salınıblar.

Nə düşünürsən?