Dünyanın bu günü - Təqvim

  • 02.04.2020
  • 0

1. Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalınIn ildönümüdür. 

2. Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərinin ildönümüdür. 

3. İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri Mir Hidayət bəy Mir Adil oğlu Seyidov 1887-ci ilin bu günü Gəncədə anadan olub. 

4. Füzuli poeziyasının davamçısı kimi şöhrət qazanan görkəmli qəzəl ustası Məşədi Azər Hacıməcid oğlu İmaməliyev (Azər Buzovnalı) 2 aprel 1870-ci ildə Bakının Buzovna kəndində anadan olub.

5. Məşhur fransız yazıçısı, XIX əsrin ikinci yarısında realizmin ən görkəmli nümayəndələrindən biri, naturalizm ədəbi cərəyanının rəhbəri və nəzəriyyəçisi Emil Zolya 1840-cı il dekabrın 2-də Parisdə  dünyaya gəlib. 

6. Azərbaycanın tanınmış həkimi, tibb elmləri namizədi Əlfəddin Abdullayev 1929-cu il martın 2-də Oğuz rayonunun Xal-xal kəndində anadan olub. 

7. Həkim, mama-ginekoloq, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Sosialist Əməyi Qəhrəmanı Şamama Məmmədkərim qızı Ələsgərovanın xatirə günüdür. 

8. Bu gün məşhur türk şairi və yazıçısı Səbahəddin Əlinin anım günüdür. O, 1907-ci il fevralın 25-də o vaxtlar Osmanlı imperiyasının tərkibinə daxil olan, indiki Bolqarıstan ərazisində yerləşən Eğrideredə anadan olub. 

9. Tanınmış rejissor və ssenarist Rövşən Əziz oğlu Almuradlı da bu gün xatırlanır. O, 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olub. 

Nə düşünürsən?