Türkiyədə daha bir koronavirus rekordu qeydə alındı

Türkiyədə daha bir koronavirus rekordu qeydə alındı

  • 01.04.2020
  • 175 baxış
  • 0

Türkiyədə koronavirusdan ölənlərin sayı dayanmadan artır. Bu gün hətta rekord qeydə alınıb.
Bizimyol.info xəbər verir ki, sutka ərzində Türkiyədə 63 nəfər virusdan həyatını itirib. Heç vaxt günlük ölü sayı 46-nı keçməmişdi. Ümumi say 277-ə çatıb.

Türkiyə səhiyyə naziri Fahrettin Kocanın dediyinə görə, bu gün 14 min 396 test edilib, daha 2148 nəfərdə virus aşkarlanıb. Ümumiyyətlə, indiyə qədər edilən testlərin sayı 106 mini keçib. Cəmi 15 min 679 nəfərin nəticəsi müsbət olub. Nazirin 33 nəfərin sağaldığını qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, dünyada virusa yoluxanların sayı 910 mini ötüb. 45,5 min insan koronavirus üzündən həyatını itirib.

Nə düşünürsən?