Moldova portalında Azərbaycanla bağlı məqalə dərc edildi

  • 01.04.2020
  • 0

Moldovanın tribuna.md portalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın soyqırımı günü ilə bağlı fikirləri yer alıb.

Qeyd edilir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Məqalədə, həmçinin soyqırımı ilə bağlı tarixi faktlar, rəqəmlər yer alıb.

Nə düşünürsən?