Sifarişi ünvana çatdıran sahibkar aldadıldı

  • 01.04.2020
  • 0

Bakıda restoranların birindən Bax.tv-yə şikayət daxil olub.

Şikayətə əsasən dünən günorta saatlarında Nərimanov rayonuna sifariş qəbul olunub.

Sifarişin qiyməti 130 manat təşkil edib.

Obyekt işlədən sahibkar sifarişi ünvana çatdırdıqdan sonra maraqlı hadisə ilə qarşılaşıb.

"Bir uşaq gəlib sifarişi götürdü və "gözləyin, pulu gətirib gəlim" dedi. Bir neçə dəqiqə keçməsinə baxmayaraq heç kim mənə yaxınlaşmadı. Həmin ünvan həyət evlərindən ibarət olduğu üçün özüm uşaq girən evə yaxınlaşdım. İçəri daxil olanda bir oğlan "bura mənim qohumumun evidir, sizə nə lazımdır" dedi. Hadisəni həmin oğlana danışdıqdan sonra mənə hasara söykənən pilləkanı göstərib yəqin burdan qaçıb deyərək bildirdi. Məlum hadisə ilə bağlı polisə şikayət etmişəm."

Nə düşünürsən?