Xeyirxah vətəndaşların Bakıda pul paylaması #TRENDƏ çevrilir

  • 31.03.2020
  • 0

Bu gün xeyirxah bir nəfərin çətin günlərdə iş tapmaqda çətinlik çəkən vətəndaşlara yardım etməsi barədə xəbər vermişdik. Artıq sevindirici haldır ki, bu vətəndaşlarımız arasında trendə çevriməyə başlayıb və başqa insanlar da gücləri çatdığı qədər bu kimi gündəlik maaşa işləyənlərə yardım etməyə başlayıblar. YPX.AZ xəbər verir ki, paytaxt Bakının müxtəlif ərazilərində yardımsevər insanlar gündəlik maaşa işləyən və hazırki günlərdə iş tapmaqda çətinlik çəkən vətəndaşların vəziyyətləri ilə maraqlanaraq, onlara müəyyən məbləğdə pul yardımı göstəriblər. Birlik-bərabərlik içində, həmrəy, bir-birimizə dəstək olmalı olduğumuz bu çətin günlərdə belə yardımsevər vətəndaşları görmək qürurverici və sevindirici haldır. Bu çətin günlərdə hər hansısa bir formada bir-birimizə dəstək olmalı, həmrəy olaraq bu çətinliyin öhdəsindən birlikdə gəlməliyik. Hər kəsi bir olmağa, birlik olmağa, özlərinin və yaxınlarının sağlamlığı üçün bizdən tələb olunan qaydalara riayət etməyə səsləyirik. Biz birlikdə güclüyük. Həmin qürurverici görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?