ABŞ-da tibb işçiləri virusa görə diz çöküb Allaha yalvarır

  • 31.03.2020
  • 0

Koronavirusa yoluxanların sayına görə liderliyi ABŞ ələ keçirib.
Dünyanın ən nəhəng ölkələrindən birində virus daşıyıcılarının sayı 165 mini keçib. Azı 3200 amerikalı həyatını itirib.

Bizimyol.info xəbər verir ki, ABŞ-da tibb işçiləri virusa görə diz çöküb Allaha yalvarır. “Twitter”də paylaşılan videolardan birində bu epizod aşkar əksini tapıb. Xəstəxanada 9 tibb işçisi dizlərini yerə ataraq Allaha müraciətlə kömək istəyir. Onlardan biri ABŞ-da xeyli insanın virusdan əziyyət çəkdiyini, gözəgörünməz qüvvənin köməyinə ehtiyac duyduqlarını bildirir.

Birləşmiş dövlətlərdən hər gün yalnız pis xəbərlər gəlir. Sutka ərzində 20 minə yaxın yoluxma halı qeydə alınır. Uzağı sabah rəqəmin 200 minə çatacağı gözlənilir. Prezident Donald Tramp sonda bu qədər ölümü uğur sayacaqlarını gizlətmir.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, bütün dünyada koronavirus infeksiyasına yoluxanların sayı 800 mini keçib. Ölüm sayı 40 minə yaxınlaşır.

Nə düşünürsən?