Xeyirxah vətəndaş Bakıda pul payladı

  • 31.03.2020
  • 0

Ölkədə xüsusi karantin rejimi elan olunub və bu səbəbdən bir çox iş yerləri bağlanıb. Gündəlik əmək haqqına işləyən vətəndaşlarımız iş tapmaqda çətinlik çəkir, bəzən isə heç tapmırlar. Bu isə onları maddi olaraq çətinliyə salır. 

YPX.AZ xəbər verir ki, sosial şəbəkələrdə bir vətəndaşın avtomobil ilə küçə-küçə gəzib, ehtiyyacı olan insanlara yardım etməsinin videosu yayılıb.
Belə ki, bu yardımsevər vətəndaş avtomobil ilə küçələri gəzir və yol kənarında dayanıb gündəlik iş axtarışında olan insanlara yaxınlaşaraq, iş olub olmaması ilə maraqlanıb. Daha sonra isə iş tapmaqda çətinlik çəkən bir qrup vətəndaşımıza kömək məqsədi ilə müəyyən məbləğdə pul yardımı edib. 
Birlik-bərabərlik içində, həmrəy, bir-birimizə dəstək olmalı olduğumuz bu çətin günlərdə yardımsevər bu vətəndaşın hərəkəti, kömək etdiyi vətəndaşları sevindirməklə yanaşı videonu izləyənlərin alqışına, bu hərəkəti qürurla təqdir etmələrinə səbəb olub.

Bu çətin günlərdə hər hansısa bir formada bir-birimizə dəstək olmalı, həmrəy olaraq bu çətinliyin öhdəsindən birlikdə gəlməliyik. Hər kəsi bir olmağa, birlik olmağa, özlərinin və yaxınlarının sağlamlığı üçün bizdən tələb olunan qaydalara riayət etməyə səsləyirik. Biz birlikdə güclüyük.

Nə düşünürsən?