Şəhərlər bu hala düşdü - COVİD-19

  • 31.03.2020
  • 0

Budapeştin boş qalan küçələrindən Braziliyanın boş çimərliklərinə qədər; Dünyanın prospekt və küçələri heç vaxt bu qədər boş olmamışdı.
YPX.AZ xəbər verir ki, karonavirus pandemiya səbəbiylə ölkələr tərəfindən bir-birinin ardınca görülən tədbirlər və komendant saatından sonra şəhərlərin dronlar vasitəsi ilə çəkilən görüntülərində bu mənzərə ortaya çıxıb. Budapeşt, Rio-de-Janeyro, Lissabon, Vilnüs və İstanbuldan çəkilən bu görüntülər, özündə pandemiyanın şəhərlərə təsirini əks etdirir.
Pandemiya ilə əlaqədar olaraq, dünya əhalisinin təxminən üçdə biri artıq komendant saatlarına məruz qalıb. 600 mindən çox insana yoluxan COVİD-19 virusu bu günə kimi on minlərlə insanın ölümünə səbəb olub.

Nə düşünürsən?