Məşhur qarmon ifaçısı vəfat etdi

  • 31.03.2020
  • 3K baxış
  • 0

Azərbaycan qarmon ifaçılıq sənətinin əvəzsiz sənətkarı, ustad musiqiçi, professor Xanlar Cəfərov vəfat edib.

Sfera.az  xəbər verir ki, musiqiçi gecə saatlarında həyatla vidalaşıb.

Bu barədə musiqi camiyəsinin nümayəndələri sosial şəbəkədə paylaşımlar ediblər.

Hər kəs əvəzedilməz və əfsanəvi sənətkarı itirdiyini qeyd edib.

X.Cəfərov Bakının Əmircan kəndində doğulmuşdu. Sənətkarın ölüm səbəbi barədə məlumat yoxdur.

Qeyd edək ki, qarmon ifaçılıq sənətinin inkişaf etməsində Xanlar Cəfərovun adı Aftandil İsrafilovla yanaşı çəkilir. 

Allah rəhmət etsin!

Nə düşünürsən?