Düşmən təxribatının qarşısı alındı - Ermənilərə daha bir zərbə

  • 31.03.2020
  • 0

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

KONKRET.az xəbər verir ki, gecə saat 02:45-dən başlayaraq Qazax ra­yo­nunun Quşçu Ayrım kəndində yaşayış evləri yenidən ER-nın Noyemberyan rayonunun Boqanis və Voskevan kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqələrimizə və mülki nəqliyyat vasitələrinə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub. Düşmənin daha 2 hərbiçisi zərərsizləşdirilib.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

Eyni zamanda bildiririk ki, Ermənistan kütləvi informasiya vasitələrinin sərhəd döyüş məntəqələrimiz tərəfindən atəşkəs rejimi­nin pozulması barədə məlumatları həqiqətəuyğun deyil, bölmələ­rimiz tərəfindən Ermənistanın yaşayış məntəqələri istiqamətində atəş açılmayıb, mülki şəxs hədəf alınmayıb. Bizim mübarizəmiz sivil insanlarla deyil, işğalçılarladır.

Nə düşünürsən?