Mikayıl Cabbarovdan kreditlərlə bağlı açıqlama

  • 30.03.2020
  • 0

"Cənab Prezidentin bizə verdiyi tapşırıq ondan ibarət idi ki, biz iqtisadiyyata dəstək proqramını 1 milyard manatla məhdudlaşmayaraq, daha geniş proqram şəklinə gətirə bilək".

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində deyib. 
 
Nazir bildirib ki, bugünkü gündə bizim 2 yeni təklif olunan proqramımız var:

"Bu 1 milyard Azərbaycan manatı mövcud kredit portfelinə dəstək proqramıdır. Proqramın mahiyyəti ondan ibarətdir ki, bir sıra sahibkarların, müəssisələrin bank kreditləri var və bu bank kreditlərinin portfelinin keyfiyyətinin qorunub saxlanılması. Hazırda bu portfelin içərisində olan elementləri bank sektoru ilə - Mərkəzi Bankla, Azərbaycan Bank Assosiayasiyası, Sahibkarlar Konfederasiyası və digər subyektlərlə çalışacağıq. Ancaq əsas hədəf yəqin ki, biznes kreditləri olacaq. Ola bilsin ki, həmin proqram çərçivəsində müəyyən həcm istehlak kreditlərinin dəstəyinə aid olsun".

Nə düşünürsən?