Karantin rejimi ilə bağlı tədbirlər keçirilib

  • 30.03.2020
  • 0

Əhalinin xüsusi karantin rejiminə riayət etməsi üçün polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.


YPX.AZ xəbər verir ki, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət edilməsinə nəzarətin polis əməkdaşları tərəfindən gücləndirilməsi məqsədi ilə tədbirlər Bakı şəhəri, eləcə də digər şəhər və rayonlarda tədbirlər davam etdirilir.


Bu məqsədlə qadağalara baxmayraq hələ də işləyən ictimai iaşə obyektləri polis əməkdaşları tərəfindən müəyyən edildiyi təqdirdə həmin yerlərin fəaliyyəti məhdudlaşdırılır.


Həmçinin yol polisləri tərəfindən sürücülər saxlanılaraq onlarla profilaktrik söhbətlər aparılaraq nizam-intizama dəvət edilir. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək "evdə qal" kompaniyasına qoşulmaq tövsiyyə olunur.

Nə düşünürsən?