Elektron qeydiyyat sisteminə yenidən start verildi

  • 29.03.2020
  • 0

Bu gündən birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilib. 

Təhsil Nazirliyindən APA TV-yə verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən  aktivləşib.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Nə düşünürsən?