Bu ölkə təyyarə qəzası ilə sarsıldı – Çox sayda ölü var

  • 29.03.2020
  • 0

Filippinin paytaxtı Maniladakı beynəlxalq hava limanında təyyarə qəzaya uğrayıb.

“dailystar” xəbər verir ki, Yaponiya marşrutu üzrə uçan layner havaya qalxarkən alışıb. Nəticədə laynerdə olan 8 nəfərin hamısı həyatını itirib.

Yerli dairələrin məlumatına görə, təyyarə koronavirus səbəbiylə Yaponiyaya tibbi ləvazimatların daşınması üçün hökumət tərəfindən icarəyə götürülüb. Hadisənin səbəbləri araşdırılır.

Nə düşünürsən?