Gəncədə polis apteklərdə reyd keçirib

  • 29.03.2020
  • 0

Gəncədə polis apteklərdə reyd keçirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan YPX.AZ-a verilən məlumata görə , Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon İdarəsinin əməkdaşları xidmət ərazilərində mövcud olan apteklərdə süni qiymət artımının qarşısının alınması, eləcədə maska və spirtə olan ehtiyacın ödənilməsini təmin etmək məqsədilə yoxlama keçirib. 

Polis əməkdaşları apteklərdə qiymətlərlə maraqlanıb, eləcədə əczaçılarla profalktiki söhbətlər aparıblar. Obyekt rəhbələrinə qanunun tələbləri ətraflı izah olunub və yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyi bir daha diqqətə çatdırılıb. 

Bundan başqa RPİ-nin əməkdaşları park və istirahət güşələrində kütləvi şəkildə toplaşan vətəndaşlarla da maarifləndirici söhbətlər aparıb.
 

Nə düşünürsən?