Məşhur futbolçunun xanımı videosunu yaydı

  • 28.03.2020
  • 0

2015-2018-ci illər aralığında Türkiyənin "Beşiktaş" klubunda çıxış edən futbolçu Dusko Tosiçin həyat yoldaşı, həm də müğənni Yelena Karleusa maraqlı paylaşımı ilə diqqətləri çəkib.

Offsideplus.az xəbər verir ki, tez-tez çılğın rəqs görüntüləri ilə gündəmə gələn Karleusa bu dəfə də ənənəsinə sadiq qalıb. Koronavirusa görə, karantin günlərini evdə keçirən müğənni "Tik Tok" sosial şəbəkəsində yarıçılpaq halda rəqs etdiyi görüntülərini paylaşıb. Paylaşımı daha da maraqlı edən isə onun yazdığı sözlər olub. Belə ki, Yelena Karleusa koronavirus pandemiyasına görə, karantində olan izləyicilərinə müraciət edərək, bu videonu onlara həsr etdiyini bildirib: 

"Bu video bütün heyranlarıma məndən kiçik bir hədiyyə olsun"

Nə düşünürsən?