Lənkəranda cinayətkar dəstə tutuldu

  • 28.03.2020
  • 0

Lənkəranda narkotik satan şəxslər saxlanılıb, 18 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb. 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran ərazisində keçirdikləri əməliyyat nəticəsində Liman şəhər sakinləri, əvvəllər məhkum olunmuş Baba Ağayev və Saleh Səfərov 1,5 kiloqram tiryəki, 890 qram həşişi və 700 qrama yaxın heroini satarkən tutulublar.

Davam etdirilən tədbirlərlə Baba Ağayevə narkotik vasitəni satmaqda şübhəli bilinən - Kamran Heydərov və Astara rayon sakini Ehtiram Xankişiyev də müəyyən edilərək saxlanılıb. Kamran Heydərovdan 2 kiloqrama yaxın heroin, onun Astaradakı evindən isə 10 kiloqram həşiş, 2,4 kiloqramdan artıq heroin, 100 qramdan artıq metamfetamin və metadon aşkar edilərək götürülüb