UFC döyüşçüsü küçədə tanımadığı şəxsi nokauta saldı

  • 28.03.2020
  • 0

 Amerikalı UFC döyüşçüsü Mayk Perri küçədə tanımadığı şəxsi nokauta salıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı video idmançının "Instagram” səhifəsində yayımlanıb.

Perri hadisənin səbəbləri barədə danışarkən bildirib ki, ilk olaraq qarşı tərəf ona sataşıb:

"Onu yaxşıca əzişdirə bilərdim, ancaq bunun əvəzinə polisə müraciət etdim. Yaxşısı budur, odla oynamayın, yoxsa çox pis olar. Öz hərəkətlərinizə fikir verin”, - deyə idmançı sosial şəbəkədəki səhifəsində yazıb.

Nə düşünürsən?