Karantindən imtina edən ailəni yanğınsöndürənlər təxliyyə etdi

  • 27.03.2020
  • 0

 Karantindən imtina edən ailəni yanğınsöndürənlər təxliyyə edib.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Qazaxıstanda qeydə alınıb.

Bildirilir ki, Şaxtinsk şəhərindən olan ailə bir müddət əvvəl Misirdən qayıdıb. Onlar testdən keçməkdən imtina edərək, nə tibb işçilərini, nə də polis əməkdaşlarını evə buraxmayıblar. Nəticədə, yanğından mühafizə xidmətinə məlumat verilib.

Lakin yanğınsöndürən maşının pilləkəni ailənin yaşadığı mənzilin eyvanına söykəndikdən sonra ev sahibləri, nəhayət, qapını açıblar. Hadisə ilə bağlı görüntülər sosial mediada paylaşılıb.

Nə düşünürsən?