Xüsusi rejimli xəstəxanalarda çalışan fədakar həkimlər

  • 27.03.2020
  • 0

Xüsusi rejimli xəstəxanalarda çalışan həkimlər fədakarlıq nümayiş etdirirlər.

Onlar koranavirusa yoluxan insanların müayinə və müalicəsi üçün əllərindən gələni edirlər.

Xezerxeber.az-ın məlumatına görə, tibb işçiləri xəstələrin bütün qayğıları ilə maraqlanır, onların tezliklə sağalması üçün var gücü ilə çalışırlar.

Xüsusi rejimli xəstəxanada həkimlər üçün də bütün şərait yaradılıb. Onlar gördükləri işi vətəndaşlıq və vəzifə borcu hesab edirlər.

Qeyd edək ki, xüsusi rejimli xəstəxanalarla yanaşı karantin yerlərində olan həkimlər də gücləndirilmiş iş rejimində çalışır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?