27 marta gözlənilən hava proqnozu

  • 27.03.2020
  • 0

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumatına görə havanın temperaturu  Abşeron yarımadasında gecə 4-7, gündüz  12-16, Bakıda  gecə 5-7, gündüz 14-16 dərəcə isti olacaq.

Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  bəzi yerlərdə  duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 3-8, gündüz  15-20, dağlarda gecə 0-5, gündüz  6-11 dərəcə isti olacaq.

Nə düşünürsən?