Vüsal Qasımlı: "Biznesə dəstək ortamüddətli dönəmi əhatə edəcək"

  • 27.03.2020
  • 0

Azərbaycan dövlətinin koronavirus təhlükəsinə qarşı gördüyü tədbirlər iqtisadiyyatın qısamüddətli deyil, eyni zamanda, ortamüddətli dövrdə risklərdən sığortalanmasına və davamlı inkişafına yönəlib.

Bunu "Xəzər Xəbər”ə "Skype” vasitəsilə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Vüsal Qasımlı vətəndaşların kredit və kommunal ödənişlərinə hansısa formada güzəştlərin edilə biləcəyi məsələsinə də münasibət bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılan komissiya çoxsaylı təkliflər hazırlayıb və artıq köməklik ediləcək ilkin qruplar bəllidir. Koronavirus pandemiyasından zərərçəkən fəaliyyət sahələri əsasən 12 istiqamət üzrə müəyyən edilib.

Vüsal Qasımlı onu da bildirib ki, Azərbaycan hökuməti qlobal şoklarla mübarizəyə hazırdır və belə çətin vəziyyətdə dövlət-biznes və vətəndaş həmrəyliyi vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?