Sosial şəbəkələrdə Bakıda naməlum meyitin tapılması ilə bağlı videogörüntü yayılıb.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi paytaxtın Yasamal rayonunda naməlum meyitin tapılması ilə bağlı videogörüntülərə aydınlıq gətirib. Belə ki, İdarənin mətbuat xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, Səbail rayon sakini 1960-cı il təvəllüdlü F.Məmmədov dünən saat 16:30 radələrində ürək çatışmazlığından vəfat edib.
Qeyd edək ki, F.Məmmədovun ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilib. Meyit aidiyyəti üzrə təhvil verilib.