Ərin arvadını öldürməsinin təfərrüatı

  • 27.03.2020
  • 0

Bərdə rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, dünən günorta saatlarında rayonun Cəyirli kənd sakini, 32 yaşlı İsmət Zamanov həyat yoldaşı, 23 yaşlı Zülfiyyə Zamanovanı Bərdə Rayon Uşaq Xəstəxanasının qarşısında öldürüb.

Belə ki, ailə müayinə üçün uşaqlarını xəstəxanaya gətirib. Onlarla bərabər, Z.Zamanovanın qardaşı da xəstəxanaya gəlib. İ.Zamanov qaynından uşaqların yanında qalmasını xahiş edərək, Z.Zamanova ilə xəstəxananın həyətinə çıxıb.


Orada uzun mübahisədən sonra İ.Zamanov Z.Zamanovanın ürəyindən dörd bıçaq zərbəsi vuraraq, onu qətlə yetirib. 

Qeyd edək ki, İ.Zamanov hadisəni törətdikdən sonra Bərdə Rayon Polis Şöbəsinə gedib və könüllü təslim olub. 

Nə düşünürsən?